Neftin dünya birjalarında ucuzlaşması bu gün böyük vüsət alıb və gün ərzində antirekordlar vurmaqdadır
Bu gün Brent markalı neft sürətlə ucuzlaşır. Əgər dünən birja bağlanarkən neftin 1 bareli 28.76 dollar idisə və onun aşağı düşmə tempi cəmi 0.63% olmuşdusa, artıq Bakı vaxtı ilə 21:45-də neftin qiyməti 4,95% ucuzlaşaraq 27.26 dollar təşkil edib.
Nyu-York əmtəə birjasında isə (NYMEX) Qərbi Texas markalı (WTI) neft əgər dünən 28,46 qiymətində idisə, hazırda 26,46 qiymətinə təklif edilir.
Neftin qiymətinə təsir edən faktorlar təklifin tələbdən çox olması, ABŞ və Avropa fond birjalarının “qırmızı xəttə” meyl etməsidir.