Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) tərəfindən 4 milyard dollar həcmində kreditin cəlb edilməsi barədə danışıqlar getmir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.
Nazir bildirib: “Vəziyyətimiz elə acınacaqlı deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə, biz özümüz digər ölkələrə kreditlər veririk”.