“Bloomberg” agentliyi xəbər verir ki, Amerikanın “JPMorgan Chase & Co” bankı “Lukoil” şirkətinin səhmlərini ucuz neft qiymətləri fonunda Rusiyanın neft sənayesinə ən yaxşı investitsiya hesab edir.
“JPMorgan” bankının analitiki Sergey Arinin bildirib ki, indiki uzunmüddətli aşağı neft qiymətləri şəraitində investorlar vəsaitlərini yüksək didvidendlər ödəyən,hasilat həcmini və istehsal xərclərini nəzarət altında saxlayan şirkətlərə yönəltməlidirlər.
“Lukoil bütün bu tələblərə cavab verir”, – deyə analatik qeyd edib.