İran Milli Neft Şirkəti (NIOC) və ingilis-holland Royal Dutch Shell şirkətləri 2,3 milyard məbləğində borcun İrana ödənilməsi qaydası haqqında razılıq əldə ediblər. Bu haqda NIOC şirkətinin direktoru Mohsen Qamsari “Mehr” agentliyinə bildirib.
Qamsarinin sözlərinə görə,tərəflər razılığa gəliblər ki,inglis-holland şirkətinə neft tədarükünün başlanması “köhnə borcların ödənilməsinə bağlı olacaq”. Borc ödənilməsi İrana qarşı sanksiyaların tam aradan qaldırılmasınından sonra həyata keçiriləcək.
Shell şirkətinin İrana borcu 2012-ci ildə bu ölkənin neft tədarükünə tətbiq edilən sanksiyalar nəticəsində yaranıb.