Maliyyə Nazirliyi 2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir. Həmin vəsait büdcə kəsirinin qarşılanmasına ayrılacaq.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.
Bununla belə, nazir dövlət əmlakının özəlləşdirilməsindən daha böyük həcmdə vəsaitin cəlb edilməsi imkanını istisna etməyib.