Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bolqarıstana xanım səfir – təyinatın enerji izləri

12/01/2016
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Akif qızı Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

qurbanovaPrezidentin digər sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Caspian Barrel bildirir ki, Nərgiz Qurbanova bundan əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Qurbanova son 4 ildə Xəzər regionu və Azərbaycanla bağlı olan bütün iqtisadi konfranslarının aktiv iştirakçılarından olub.

Bu baxımdan onu tez-tez Böyük Britaniyanın “BP” şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn, enerji, təbii sərvətlər və geosiyasət İnstitunun direktoru Ariel Koenin iştirakı ilə keçirilən tədbirlərdə qızğın müzakirələrə qoşulmasını seyr etmək olardı.

Məsələn, 2012-ci ilin oktyabrında Amerika Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində “Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri” mövzusunda tədbirdə Qurbanova enerji layihələrinə ABŞ tərəfindən siyasi dəstəyin verilməsinin vacibliyini vurğulamış və bu xüsusda “Cənub dəhlizi” layihəsinə ABŞ hökumətinin dəstək verməsinin təqdirəlayiq olduğunu bildirmişdi.

2013-cü ilin aprelində Vaşinqtonda ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən “İstanbul Prosesi – 26 aprel, Astana görüşü: 2014-cü ildən sonrakı Əfqanıstanda aydınlığa doğru” mövzusunda keçirilən tədbirdə isə Qurbanova NATO qüvvələrinin Əfqanıstandan çıxarılması zamanı Azərbaycanın tranzit ölkə kimi imkanlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bundan əlavə Qurbanova SOCAR-ın Amerikadakı tədbirlərinin də yaxından iştirakçısı olub.

İndi isə xanım Qurbanova Bolqarıstana təyinat alıb. Bolqarıstan Azərbaycan üçün vacib ölkədir. Siyasi baxımdan iki ölkə arasında heç zaman problem yaşanmayb, iqtisadi baxımdan isə əlaqələr enerji layihələri üzırində vüsət alır. Əvvəla, bu ölkənin “Bulgargaz” şirkəti 2013-cü ilin sentyabrında “Şahdəniz” konsorimu ilə qaz alqı-satqısına dair 25 illik müqavilə imzalayıb. Müqavilə 2020-ci ildən həyata keçirilməyə başlayacaq və Yunanıstan ərazısındən Bolqarıstana çəkiləcək birləşdirici kəmər vasitəsilə reallaşacaq. Azərbaycan “Şahdəniz-2” müqaviləsi layihəsi çərçivəsində bu ölkəyə hər il 1 milyard kub metr qaz ixrac edəcək.

Ancaq Bolqarıstan rəhbərliyi təkcə bununla kifayətlənmək fikrində deyil və rəsmi Bakı ilə ötən il aparılan görüşlərdə bir-neçə dəfə vurğulanıb ki, Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsində Bolqarıstan tranzit ölkəyə çevrilmək üçün hər cür şərait yaratmağa hazırdır.

Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfir qismində Nərqiz Qurbanova kimi enerji məsələləri üzrə ixtisaslaşmış bir diplomatın ezam etməsi heç də təəəccüblü deyil. Böyük ehtimalla Qurbanova qarşısında yaxın dövr üçün Bolqarıstan və Şərqi Avropa ölkələrinə qaz ixracı və tranziti məsələləri bir vəzifə tapşırığı kimi qoyulub.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.