Cümə axşamı, Dekabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Benzinin qiyməti niyə düşmür?

23/01/2016
1
BAXIŞ
Share on FacebookShare on Twitter

2934

Azərbaycanda iqtisadçılar neft şirkətinin gəlirlərinə mənfi təsir göstərmədən yerli istehsal olan benzinin bir litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə qədər endirilməsini təklif edir.

Onlar bunu benzinin satışına tətbiq olunan verginin azaldılması yolu ilə reallaşdırmağın mümkün olduğunu düşünür.

Tarif Şurasının ötən il verdiyi qərara əsasən, yerli istehsal olan Aİ 92 və Aİ 80 markalı benzinin litri 0.70 AZN, dizel yanacağının litri 0.60 AZN, xaricdən idxal olunan Premium markalı Aİ 95 markalı benzinin litri isə 0.95 AZN təşkil edir.

Bəzi ekspertlər benzinin qiymətinin bu günə qədər enməməsini bazardakı “inhisarçılıqla” əlaqələndirir.

Tarif Şurası benzinin qiymətinin ucuzlaşması ilə bağlı rəsmi qurumlardan hər hansı təklif gəlmədiyini əsas gətirərək hazırda bu məsələnin gündəmdə olmadığını deyir.

Azərbaycan Dövlət Neft Şirkəti isə məsələ ilə bağlı BBC Azərbaycancanın suallarını cavabsız qoyub.

“Bir də çətin düşə”

Manatın dollar qarşısında kəskin ucuzlaşmasından sonra bazardakı bahalıqdan ehtiyat edən sürücü “Ucuzlaşmaq nədir? Qorx ki, qalxmasın” deyir. O, benzinin nə vaxtsa ucuzlaşacağına ümidini itirib.

“Benzin bir dəfə qalxdı, bir də çətin düşə” – digər bir sürücü kənardan həmkarının sözlərinə dəstək olur.

Yerli istehsal olan benzinin ötən ilki artımını “əsassız” olduğunu düşünən xanım sürücü sual edir: “Onda dedilər ki, dünyada neft bahalaşır deyə qaldırırq. İndi ki, ucuzlaşıb niyə qiymətlər enmir?”

Uzun illərdir taksi fəaliyyəti ilə məşğul olan sürücü isə hökumətin indiki “çətin vəziyyətdə” belə bir endirim edəcəyinə inanmır.

“İnhisarçılıq”

Ekspert Natiq Cəfərli benzinin qiymətinin əvvəlki həddə qalmasını “cəfəngiyyat” adlandırır. O deyir ki, xaricdən idxal olunan Premium markalı benzinin hazırkı qiyməti təyin olunanda neftin dünya bazarında dəyəri 100 dollardan da yüksək idi. Bu gün isə həmin rəqəm 28 dollardan da aşağıdır.

“Bunun yeganə səbəbi bazarda inhisarçı şirkətin olmasıdır. SOCAR Trade şirkəti bu işdə digər treyderlərin iştirakına imkan vermir və mövqeyindən istifadə edərək benzinin qiymətini yenə də həmin həddə saxlayır”, ekspert idxal olunan benzinin qiymətinin ucuzlaşmamasını əsaslandırır.

Millət vəkili Vahid Əhmədov SOCAR Trade-in yeganə şirkət olduğunu təsdiqləsə də, benzinin qiymətinin “inhisarçılıqla əlaqəsi olmadığını” deyir.

“Benzinin qiymətini Tarif Şurası müəyyən edir. Bunlar tənzimlənən qiymətdir. Tarif şurası qərar verdikdən sonra, onun bazara heç bir dəxli yoxdur. Benzinin müəyyən hissəsi xaricdən gətirilir. Xüsusilə 95 markalı benzin. Digər benzinlər özümüz istehsal edirik. Yəni burda enmələr mümkündür, amma nağd pul kütləsi ilə problemlər yaranmasın deyə hələlik baxılmır”, – millət vəkili bildirir.

İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, hökumətin benzinin qiymətinin aşağı salınması haqda düşünməyin zamanı çatıb.

“Çünki vaxtilə benzinin bahalaşmasına səbəb olan amillər – dünya neftinin bahalaşması və aksiz vergilərin yüksək həddi – aradan qaldırılıb”, o, əlavə edir.

Bu sahədə hər hansı addımın atılmamasını isə ekspert neftin ucuzlaşmasına görə SOCAR şirkətinin itirdiyi qazancı yerli bazar hesabına kompensasiya etmək istəyi ilə əlaqələndirir.

Təklif

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə SOCAR-ın büdcə gəlirlərinə zərər vurmadan və sahibkarların biznes maraqlarına uyğun olaraq benzinin qiymətinin aşağı salınmasını mümkün hesab edir.

İqtisadçı bunun üçün dünya praktikasında geniş istifadə olunan “Ümumi tarazlıq modeli”nin tətbiqini təklif edir. Modeldə satışa tətbiq olunan verginin azaldılması sayəsində benzinin qiymətinin 30 faiz endirilməsinin mümkünlüyü göstərilir.

“Model göstərir ki, benzinin bir litri 50 qəpiyə, dizel isə 40 qəpiyə satılmasından nə vergi, nə iqtisadiyyat, nə də vətəndaş uduzacaq. Əksinə, vətəndaş daha ucuz benzin alacaq, iqtisadiyyat ucuz yanacaqla təmin olunacaq, vergi də dolayı vergi daxilolmalar sayəsində azalan vergini kompensasiya edəcək”, iqtisadçı izah edir.

İqtisadçı bu addımın aqrar sektorda fermerlərin az xərclə kənd təsərrüfatı məhsulu istehsalını artırmasına təkan verəcəyini, daxili bazarda, yük daşımalarında və iqtisadiyyatın digər sahələrində aktivliyi stimullaşdıracağını istisna etmir.

BBC Azərbaycanca

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.