Zavodun qazanxanasında güclü partlayış fövgəladə hadisəyə səbəb oldu.
Bu gün saat 10:30 radələrində “Azəryem Sənaye MMC”yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə Balakən şəhərində baş verib.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.