1 dekabr 2015-ci il tarixinə Azərbaycan əhalisinin bank əmanətləri 7 mlrd. 89,5 mln. manat təşkil edir ki, bu da 2015-ci ilin əvvəlinə olan göstəricidən 1,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2015-ci ilin noyabr ayında əhalinin bank əmanətləri 83,4 mln. manat və ya 1,2% azalıb, 2014-cü ildə isə 12,4% artıb.