Maliyyə Nazirliyi fevralın ilk ongünlüyündə Cənub Qaz Dəhlizi üçün beynəlxalq bazarlarda “road-show” istiqrazlar yerləşdirməyə hazırlaşır.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2016-cı ildə xarici bazarlarda dövlət istiqrazlarının yerləşdirilməsi planlaşdırılmır, lakin fevralda Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün istiqrazlar buraxılacaq: “Yəqin ki, onlara marağı artırmaq məqsədilə bu istiqrazlar üçün dövlət təminatı verəcəyik”.