“ABC” telekanalının verdiyi xəbərə görə, Miçiqan ştatının Hafton Taun şəhərində bir qallon (4 litr) benzinin qiyməti 47 sentə düşüb ki,bu da son 10 il üçün rekord göstərəcidir.
ABŞ-da benzin qiymətlərini monitorinq edən GazBuddy.com nəşrinin nümayəndəsi Patrik De Xaan ABC telekanalına izah edib ki,Miçiqanda baş verənlər yerli yanacaqdoldurma məntəqələri arasında baş verən qiymət müharibəsinin nəticəsidir. Monitorinq göstərir ki,Hafton Taun şəhərindən başqa ölkənin heç bir regioununda bu müşahidə olunmur. Hal-hazırda bir qallon benzinin qiyməti $1,89 ki, bu da 2015-ci ilin göstəricisindən 17 sent azdır.
De Xaan xatırladıb ki, 2008-ci ildə neft qiymətinin pik vaxtında qallonun qiyməti ölkə üzrə orta hesabla $4,12, bəzi yanacaqdoldurma məntəqələrində isə bir qallon üçün $6 çatırdı.