Bu gün saat 17.40-da SOCAR-ın dayazsulu “Günəşli” yatağındakı 10 N-li platformasında baş verən yanğının səbəbi qaz xəttində baş vermiş sızma olub. Sızmaya gətirən səbəb isə güclü küləklə müşayət olan tufan olub.
ANS TV-nin SOCAR-a istinadən verdiyi məlumata əsasən, yanğın baş vermiş platformada 42 nəfər neftçi olub və hazırda onlar təhlükəsiz yerə köçürülüblər. Neftçilər arasında zərər çəkənlər yoxdur.