“Rusiya 24” kanalına müsahibəsində LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, LUKoil, Qazprom və Kazmunaygaz şirkətlərinin birgə müəssəsi Xəzər dənizində “Mərkəz” yatağında işləri davam etdirə bilmir: boş qazma qurğuları yoxdur və Qərbin sanksiyaları üzündən xaricdən qazma qurğuları gətirmək qeyri mümkündür.
Onun sözlərinə görə, şirkətlərə ya yeni qazma qurğuları tapmalı ya da sanksiyaların aradan qaldırılmasını gözləməlidirlər.
“Mərkəz” yatağı 2008-ci ildə kəşf edilib. Yatağın ehtiyatları 169.1 milyon ton şərti yanacaqdır.