Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Qəfildən güclü partlayış oldu və…

06/12/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

neftc“Platformadakı yanğın güclü küləkdən baş verdi. Qəfildən güclü partlayış oldu. Bizə əvvəlcədən xətlərlə bağlı xəbərdarlıq edilməmişdi”.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri “Günəşli” neft yatağındakı 4 dekabr dəhşətini yaşayan, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan energetik Ənvər Əliyev deyib.

Ə.Əliyevin sözlərinə görə, neft-qaz platformalarında belə hadisələrin baş verməsi əslində o qədər də təəccüblü deyil: “Çünki neftçi işinin xüsusiyyəti budur. Bu sahədə iş prosesi çətindir. Amma xoşbəxtlikdən o vəziyyətdə ölənlərin deyil, xilas olanların sayı çox oldu”.

Güclü külək və yanğının xilasetmə işlərini çətinləşdirdiyini deyən şahid həmin anları belə xatırlayır: “Biz qayığa mindik, amma az sonra külək qayığı aşırdı. Bu zaman iki nəfər boruların üstünə yıxıldı. Qayıq cırıldı. Həmin vaxt qayıqda çox adam vardı. Qayıq parcalananda iki nəfər xilas oldu. Biz iki nəfər isə suya düşdük. Su soyuq olsa da üzüb çıxa bildik. Qalanları isə yəqin ki, batdı. Mənim daha sonra onlardan xəbərim olmadı”.

Ə.Əliyev necə xilas edilməsindən də söz açdı: “Bizi “Topaz” gəmisi xilas etdi. O gəmidəki uşaqlar suya tökülüb bizi xilas etdilər. Onlar gəlməsəydilər, biz ölərdik. Həmin məqamda xilasetmə işləri çox riskli idi. Güclü külək əsirdi, su soyuq idi, hündür dalğalar vardı. O uşaqlar özlərini niyə təhlükəyə atmalarının səbəbini sonradan açıqladılar. Dedilər ki, biz neftçilərin başına gələn hadisəni izlədik və dözə bilmədik”.

Ə.Əliyev öldü-qaldısı hələ də bilinməyən neftçi həmkarlarının taleyinə görə çox narahat olduğunu dilə gətirir:

“Suya düşənlərin sağ qalma ehtimalı azdır. Çünki hava şəraiti pisdir. Su dondurucu dərəcədə soyuqdur, dalğalar xilasetməyə mane olur”.

Digər neftçi, dəhşətli hadisənin baş verdiyi 10-cu özüldə operator işləyən Mais Abbasov da hadisənin qəfil baş verdiyini dedi: “Yanğın əslində texniki səbəblərdən yox, güclü küləkdən baş verdi. Partlayış baş verən kimi bütün heyət üzvləri qaçıb qayıqlara doluşduq”.

Qəza baş verən zaman platformada 60-dan çox adamın olduğunu güman etdiyini deyən M.Abbasovun sözlərinə görə, qayıq cırılmasaydı, tələfat az olardı: “Həmin dəhşətli vəziyyətdə xilas olmağın özü bir möcüzədir. Baş verənlərə hələ də inana bilmirəm”.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.