Neftin qiymətləri bu gün sürətlə ucuzlaşmaqda davam edir. Səhər saatlarından artıq brent markalı neft dəyərini 1,07% itirib.
Caspian Barrel bazar iştirakçılarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:45-də London birjasında Brent markalı neftin qiyməti $36.95 həddinə qədər ucuzlaşdı. Düzdür, sonra bir qədər bahalaşsa da, ancaq saat 14.10 radələrində 2016-cı ildə satılacaq neftin 1 bareli $37 ətrafında alıcılara təklif edilir.
Neftin belə kəskin ucuzlaşmasına səbəb ABŞ Enerji Agentliyinin dünən axşam açıqladığı hesabatdır. Həmin sənədə görə, ölkədə neft ehtiyatları yeni rekord həddə çatıb – 490 milyon barel.