Iranın neft nazirliyinin strateji inkişaf üzrə direktoru Səid Kavampur bildirib ki,ölkəsinin neft-qaz sektoru 2016-2022-ci illərdə $ 150 milyard investitsiyaya ehtiyacaq duyacaq.
“İran ümid edir ki, $100 milyard investitsiyanı xarici sərmayədarlar yatıracaqlar.Yerdə qalan məbləğ isə daxili mənbələr hesabına təmin ediləcək və neft və qaz hasilatı layihələrinə sərf ediləcək”,- deyə Kavampur bildirib.
Planlaşdırılan investisiya planlarının həyata keçirilməsi halında,”İrandan qaz ixracı gündə 200 milyon kub metr artacaq”.
Növbəti 6 il üçün İranın enerji resurslarının əsas ixrac istiqamətləri kimi İraq,Pakistan və BƏƏ müəyyənləşdirilib.