Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?

02/12/2015
3
BAXIŞ
Share on FacebookShare on Twitter

“Şahdəniz-2” layihəsi çərçivəsində müəyyən zaman çərçivəsində imkanlar kifayət qədər genişdir

az-tHazırda Türkiyə və Rusiya arasında siyasi gərginlik yaşanır və belə görünür ki, rəsmi Moskva vəziyyəti heç də yumşaltmaq niyyətində deyil. Elə Rusiya hökumətinin Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi və 2016-cı il yanvarın 1-dən vizasız rejimi ləvğ etməsi ilə bağlı atdığı addımlar da buna dəlalət edən amillərdir.

Türkiyə ilə Rusiyanın qarşılıqlı ticarət dövriyyəsinin isə əsas hissəsini enerji daşıyıcıları təşkil edir. 2014-cü ildə Rusiya Türkiyəyə $24,8 mlrd-lıq mal və xammal ixrac edib və əvəzində Türkiyədən $6,6 mlrd-lıq idxalla qarşılaşıb.  Rusiya ixracının 64,2%-ni və ya $15,9 mlrd dəyərində olan hissəsini ENERJİ – xam neft, neft məhsulları və təbii qaz təşkil edib.  Təkcə qazın payı $10 mlrd-a yaxındır.

Qeyd etmək lazımdır ki, Rusiya qazının payı 2014-cü ildə Türkiyə bazarında 56% çıvarıda olub. Ötən il “Gazprom Export”  şirkəti Türkiyəyə 2 istiqamət üzrə 27.3 mlrd kub metr qaz ixdal edib. Ancaq bu ilin 9 ayında bu rəqəm bir qədər azalaraq 54% ətrafında qərarlaşıb.

Bəs Rusiya öz qazının Türkiyə bazarına da ixracını məhdudlaşdıra və ya dayandıra bilərmi?

Əvvəla ondan başlayaq ki, belə bir addım gəliri əsasən xammaldan formalaşan Rusiya üçün daha ağır fəsadlara gətirib çıxarardı. İkincisi, “Gazprom Export” şirkətinin gəlirlərinin hazırda 20%-ə yaxını  Türkiyə bazarı hesabına formalaşır. Bundan imtina etmək və ya belə gəlirləri məhdudlaşdırmaq yaxın gələcəkdə.Rusiya qaz monopoliyasının özü üçün böyük maliyyə riskləri ilə üzləşmək deməkdir.

Ancaq Türkiyə hökuməti artıq Rusiyadan enerji asılılığı azaltmaq haqda bəyanatlar səsləndirir və bunları heç də siyasi xarakterli saymaq olmaz. Ona görə ki, həmin bəyənatlar əslində bu günkü yaranmış siyasi vəziyyətlə həmahəng səslənsə də, yaxın və orta perspektivə hesablanmış bir mesajlardır.  Onlar heç də populist xarakterli çıxışlar deyil, reallığa əsaslanan fikirlərdir.

Birinci məsələ, Azərbaycan hesabına Türkiyə qaza olan tələbatını hansı səviyyədə ödəyə bilər? Hazırda “Şahdəniz-1” layihəsi çərçivəsində Türkiyənin daxili bazarına təqribən 5,7-5,8 mlrd kub metr Azərbaycan qazı daxil olur. Gömrük statistikasında bu rəqəmlərdə müəyyən fərqlər ola bilər, çünki Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nasos stansiyaları üçün də ildə təqribən 250-300 mln kub metr təbii qaz alınır, ancaq bu qaz sərhədi keçsə də, yerli bazara daxil olmur BTC Co.-nun sərəncamında qalır. Gələn ildən başlayaraq   “Şahdəniz-1” layihəsi çərçivəsində Türkiyəyə verilən qazı 6,5 mlrd kub metrə qədər artırmaq olar.  Bunun üçün konsorsiumun imkanları var.

İkinci məsələ isə onunla bağlıdır ki, Azərbaycanın əsas ixrac qaz TANAP kəməri qrafikə uyğun olaraq Türkiyə ərazisində 2018-ci ilin iyununda istismara hazır olmalıdır. Ancaq TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər inşa edilməyəcək. Onun ikl etapı Türkiyənin qərbində olan Əskişəhər yaşayış məntəqəsində dayancaq. TANAP-ın ümumi uzunluğu 1800 kilometrdir, Əskişəhərə qədər olan hissə isə 1350 km-dir. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan qazını Avropaya daşıyacaq TAP kəməri rəsmi Bakıdan asılı olmayan səbəblərdən 2020-ci ilin IV rübündə istifadəyə berilməlidir. Ona görə də TANAP-ın son hissəsinin vaxtından əvvəl tikilməsinə də ehtiyac duyulmur.

“Şahdəniz-2” müqaviləsinin şərtlərinə görə, Türkiyə bu layihədən ildə 6 mlrd kub metr qaz ala bilər öz ehtiyacları üçün. Ancaq “Şahdəniz-2” layihəsi çərçivəsində hasilat infrastrukturu elə 2018-ci ilin ortasında tam hazır vəziyyətdə olmalıdır və ilk hasilat vaxtı dəyişməyib. Yəni Türkiyə TANAP vasitəsilə 2018-ci ilin ikinci yarısından başlayaraq həm özü üçün nəzərdə tutulmuş həcmləri, həm də  əlavə həcmləri qəbul edə bilər . Bu, konsorsium iştirakçıları üçün də əlverişli olardı. Çünki onlar nə qədər tez və nə qədər çox qaz satışına başlasalar, bir o qədər də tez öz kapitallarının geri qayıtmasını (çəkdikləri xərclərin ödənilməsini) əldə etmiş olarlar.

Sual oluna bilər ki, bəs TAP işə düşdükdən sonra Türkiyənin vəziyyəti necə ola bilər? Burada artıq elə bir ciddi problem yaşanmaz. Çünki Türkiyə tərəfinin özünün də proqnoz etdiyi kimi 2019-2020-ci illərə Şimali İraqdan təbii qaz idxalı məsələsi həllini tapmalıdır. Bu məsələdə İraq Kürdüstanı Muxtariyyatı rəhbərliyi də maraqlı olduğunu bəyan edib və indiyə qədər işlənilməyən qaz ehtiyatlarının ilk olaraq məhz Türkiyə bazarına çıxarılmasının iqtisadi səmərəsindən də danışıb. Əəvvəla, buradakı qaz yataqlarının işlənməsi üçün böyük kapital qoyuluşu tələb edilmir (bir çoxu səmt qazıdır və neft quyuları üzərində sadəcə yandırılır), ikincisi, Türkiyəyə çəkiləcək qaz kəməri də kapitalyönümlü layihələr sırasında deyil və ildə 10 milyard kubmetr qazın ixracı real məsələdir.

Məhz bu həcm qaz da “Şahdəniz-2” layihəsindən 2021-ci ildən Türkiyə bazarından çıxarılıb Avropaya yönəldilərdi və onun yerini İraq qazı tuta bilərdi.

Nəticə etibarı ilə Türkiyə 4-5 il sonra özünün qaz bazarının asılılığını kifayət qədər Rusiyadan azaltmağa nail olmaq imkanı əldə edər və onun indiki 55% səviyyəsini 33%-dən çox etməzdi. Bu isə Türkiyənin enerji təhlükəsizliyi yönümündə atmış olduğu böyük bir addım olardı.

İlham Şaban, “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.