Şənbə, Sentyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bir daha devalvasiya barədə

03/12/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Neftin hazırkı qiyməti Azərbaycanın milli valyutasını saxlamaq üçün kifayət etmir
manat-bABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar və Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramını genişləndirmək niyyəti dünya maliyyə bazarlarında dolların mövqeyini daha da gücləndirdi. Noyabrda dünya valyutası digər əsas valyutalara münasibətdə möhkəmlənməyə başladı. Bunun təsiri manata da çatdı.

Ancaq digər valyutalardan fərqli olaraq manat yaşıl pula növbəti dəfə dirəniş göstərdi. Avroya geniş rəqs meydançası verən Mərkəzi Bank dolları absis oxuna paralel hərəkət etdirdi. Dolların manata olan rəsmi məzənnəsi 1.0491 – 1.0512 intervalında dəyişdi. Bahalaşma hər 100 dollara cəmi 21 qəpik oldu.

Elə buna görə də valyuta ehtiyatlarının bir hissəsini sərf etməli oldu. Dünyada baş verənləri təsiri olaraq noyabrda dollara tələbatın artması intervensiyanı gücləndirdi. Təkcə bir həftədə Mərkəzi Bank 300 milyon dollardan çox intervensiya etmək məcburiyyətində qaldı.

Bütün bunlar üçün valyuta ehtiyatına müraciət etməli oldu. Təsadüfi deyil ki, noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,6% və ya 589 milyon dollar azalaraq 6,3 milyard dollara düşüb.

Bu, son 5 ildə ən aşağı həddir. Sonuncu dəfə 2010-cu ilin noyabrda ehtiyatın həcmi bu səviyyədə (6.1 milyard dollar) olub. 2015-ci ilin 11 ayında isə valyuta ehtiyatı 55% azalıb. Halbuki ilin əvvəlində Mərkəzi Bank 13,6 milyard dollarlıq ehtiyata malik olub.

Noyabr ayı ərzində Mərkəzi Bankın dolların rəsmi məzənnəsini hər gün cüzi artırması (hər 100 dollara 3-5 qəpik) cəmiyyətdə devalvasiya narahatçılığı yaratmışdı. Hətta bunu yumşaq devalvasiya kimi qiymətləndirənlər də oldu. Göründüyü kimi, nə yumşaq devalvasiya baş verdi, nə də hökumət elan etdiyi kimi üzən məzənnəyə keçid oldu.

İl sona yetir. Hökumət manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün müəyyən addımlar atmalı oldu. 2015-ci ilin dövlət büdcəsini ixtisar etməli oldu. Büdcə xərclərinin proqnozu 21 milyardan 17,7 milyard manata endirildi. Əsas zərbə altında qalan Neft Fondundan dövlət büdcəsinə transferi 10,4 milyarddan 8,1 milyard manata endirdi. Eyni zamanda Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsini ölkəyə gətirməli oldu. Mərkəzi Bank isə bu il valyuta ehtiyatının yarıdan çoxunu qurban verməli oldu. Bütün bunlara rəğmən təzyiqlər nəinki səngimədi hətta müəyyən zaman kəsiyində daha da gücləndi.

İndi hamını bir sual düşündür: devalvasiya olacaqmı? Fikrimcə, bu, artıq müzakirə mövzusu deyil. Nə qədər çətin olsa da deməliyik ki, bu, qaçılmaz prosesdir. Sadəcə devalvasiyanın forması və zamanı sual doğurur. Bu gün devalvasiya ehtimalını gücləndirən amillər çoxdur.

samirƏvvala, dekabrın 15-16-da FED-in iclasında uçot dərəcəsinin qaldırılması baş verərsə dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollarlar bahalaşacaq. Onun təsiri Azərbaycana da çatacaq. İkincisi, neftin qiyməti manatı saxlamaq üçün kifayət etmir. Hələki bahalaşma görünmür. Üçüncüsü, Neft Fondunun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki Fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, Fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq. Dördüncüsü, ölkənin tədiyə balansında vəziyyət optimistlik vəd eləmir.

Cari hesablar balansında cəmisi 63 milyon dollar profisit var. İdxal tam rəsmləşdirilsə, bunun, mənfi saldo olduğu açıq görünər. Beşincisi, əsas xarici ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması ixracı stimullaşdırmağa problem yaradır. Altıncısı, Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və kritik həddə yaxınlaşır. Nəhayət, manat üçün hazırda ən böyük təhlükə ölkədən kapital axınıdır. Kapital axını növbəti illərdə əsas problem olaraq qalacaq.

Ola bilsin FED uçot dərəcəsini gələn ilə saxlasın. Və ya Neft Fondu kəsiri tam olaraq xarici aktivlər hesabına örtsün. Ancaq bu çıxış yolu deyil. Çünki neftin əhəmiyyətli bahalaşması hələki gözlənilmir. Kapital axını isə davam edir. Manatı uzun müddət inzibati yolla saxlamaq mümkün olmayacaq. Ona görə də hökumət bu məsələyə devalvasiya przimasında baxmamalıdır. Ümumi makroiqtisadi sabitliyin qorunması baxımından yanaşmalıdır. Bunun üçün hökumət təcili antiböhran proqramı hazırlamalıdır.

Samir Əliyev, ekspert

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.