Cümə axşamı, Mart 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

11 mln əlavə neft hasilatı üçün Qazaxıstan $30 mlrd sərmayə yatıracaq

29/12/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter
“Tengiz” və “Azəri-Çıraq-Günəşli” layihələrinin müqayisəli təhlili

az-tenQazaxıstanın milli iqtisadiyyat naziri Erbolat Dosayev parlamentdə bildirib ki, quruda yerləşən “Tengiz” yatağında neft hasilatının genişləndirilməsi layihəsinin (ikinci mərhələ) ilkin dəyəri 30 milyard dollardır. Layihə çərçivəsində hasilatın 2021-ci ildə 38 milyon tona çatdırılması planlaşdırılır.

Əvvələr Qazaxıstanın energetika naziri Vldimir Şkolnik bildirirmişdi ki, “Tengiz” yatağında neft hasilatının genişləndirilməsi layihəsi üzrə qərar bu ilin sonuna qədər qəbul ediləcək. Onun sözlərinə görə, genişləndirilmə layihəsinə respublikanın əsas tələbi – onun həyata keçirilməsi xərclərinin azaldılmasıdır. Həmin vaxt respublika hökumətinə təqdim edilən layihədə investisiyaların həcmi $23 milyard dollar təşkil edirdi.

Caspian Barrel bildirir ki, dünyanın ən böyük yataqlarından olan “Tengiz” 1979-cu ildə aşkar edilib. Onun çıxarıla biləcək ehtiyatları 750-1100 milyon ton arasında ehtimal edilir. Geoloji neft ehtiyatlarının həcmi isə 3,1 milyard tondur. “Tengiz” yatağının məhsuldar layları dünyanın ən dərin neft layları hesab olunur: 4000-4100 metrdə yerləşir. Müqayisə üçün qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yataqlaında məhsuldar neft laylarının ən dərini heç 3500 metrə belə çatmır.

“Tengiz” yatağının işlənilməsinə 1980-ci ildə başlanılıb. 5 ildə burada 100 istismar quyusu qazılıb. 1985-ci ilin iyun ayında 37№-li quyu fontan vurarkən güclü yanğın baş verir və yanğını ancaq 400 gün sonra ABŞ-ın “Cameron” şirkətinin mütəxəssislərinin səyi ilə söndürmək mümükün olur. Bu yanğın hələ də dünya neft səneyisi tarixindəki fövqəladə hadisələr siyahısındadır.

1993-cü ilin aprelində isə Qazaxıstan höküməti ilə ABŞ-ın “Chevron” korporasiyası arasında imzalanmış müqavilə əsasında “Tengizchevroil” birgə müəssəsi yaradılıb. 2009-cu ilin yekunlarına görə ilk dəfə olaraq neft hasilatı 25 milyon tona çatdı. Bu, 90-cı illərlə müqayisədə hasilatın 2 dəfə çox artırılması demək idi. 2015-ci il oktyabrın 1-dək “Tengizchevroil” təqribən 330 mln ton neft hasil edib. Ümumilikdə Qazaxıstan tərəfinə bu tarixədək 110 milyard dollar vəsait ödənilib. Bunun 87 milyardı büdcə ödəmələridir, bundan əlavə “Tengizchevroil” yerli istehsalçılardan 19,7 milyard dollarlıq mal və xidmətlər alıb. Yerdə qalan vəsait isə işçilərin əmək haqlarından tutulan vergi və sosial ödəmələr olub.

Müqayisə üçün bir faktı qeyd etmək yerinə düşərdi ki, Azərbaycan sektorunun dərin sularında yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda hasilat 1997-ci ilin noyabrında başlayıb. Onlar 1980-1987-ci illərdə açılıblar. Bu blokun çıxarıla biləcək ehtiyatları 1 milyard tondur. Ancaq Qazaxıstan yatağından fərqli olaraq buradakı geoloji ehtiyatların çıxarılma dərəcəsi 50% təşkil edir. “Tengiz”də isə bu göstərici 24,2-35,5% arasında proqnoz edilir. 2015-ci ilin noyabrın 1-dək AÇG-dən 380 milyon ton neft hasil edilib ki, bunun da 209 milyon tonu Azərbaycana mənfəət şəklində verilib. Dəyər şəklində isə bu 116,007 milyard dollar təşkil edib ki, hansılar ki, Neft Fondunda cəmləşir. Bundan əlavə şirkətlər 20 milyard dollar dəyərində büdcəyə vergi də ödəyiblər.

2001-ci ildə Azərbaycan hökuməti və beynəlxalq konsorsium “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi layihəsi üzrə razılığa gəldilər. Həmin layihə çərçivəsində 2002-2007-ci illərdə BP və tərəfdaşları 4 hasilat və 2 texniki platforma tikdilər və hasilat 7 mln tondan 2010-cu ildə 42 milyon tonadək yüksəldi. Və buna görə kapital xərclər heç 20 milyar dollara belə çatmırdı.

Sonda bir məsələni qeyd etmək yerinə düşərdi ki, “Tengiz” yatağında hasil edilən neft quruda olsa da, onun maya dəyəri Xəzər dənizin dərin sularında yerləşən, masştabına görə dünyanın ən mürəkkəb platformaları sıralarında olmasına baxmayaraq “Azəri-Çıraq-Günəşli” blokunda hasil edilən neftdən bahadır. Çünki “Tengiz” neftinin tərkibi çox mürəkkəbdir və onu təmizləmək üçün “Chevron” şirkəti həqiqətən dəniz platformalarından da baha başa gələn (7 milyard dollara) ilkin emal zavodu tikmək məcburiyyətində qalıb ki, xammalı əmtəəlik hala gətirsin. Bundan əlavə tengiz neftinin qapalı hövzədən dünya bazarlarına çıxarılması xərcləri də kifayət qədər böyükdür və Qazaxıstan bu mənada 100% tranzit ölkələrdən və onların infrastrukturlarından asılı şəkildədir.

* Hal-hazırda layihənin tərəfdaşları aşağıdakı şirkətlərdir: Chevron – 50% (operator), “KazMunayQaz” – 20%, ExxonMobil – 25%, və LukArco – 5%.

 İlham Şaban

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.