Rusiyanın energetika naziri Aleksandr Novakın Tehrana rəsmi səfəri zamanı “Zarubejneft” şirkəti İranda “Şanqule” yatağında işləmək imkanları barədə memorandum imzalayıb.
Novak bildirib ki, Rusiyanın neft və qaz şirkətləri İranda işləməkdə maraqlıdırlar və yeni qanunvericilik bazasının formalaşmasını gözləyirlər.
“Şanqule” yatağının işlənməsinə 3 Rusiya şirkəti, o cümlədən “Rosneft” və “Zarubejneft” şirkətləri və bir Xorvatiya şirkəti iddia edirdi.
Hal-hazırda “Zarubejneft” şirkəti İranın ICOFC şirkəti ilə “Peydar”, “Şərqi Peydar”, “Aban” və “Naft Şəhr” yataqlarında neft hasilatının artırılması layihəsini həyata keçirir.
“Şanqule” yatağı Anaran blokunda yerləşir. İrana qarşı sanksiyalar tətbiq edilməmişdən qabaq Rusiyanın “Lukoil” şirkəti Staoil ilə birlikdə yatağda geoloji kəşfiyyat işləri həyata keçirirdi.Konsorsiumda Statoil şirkəti 75% pay, Lukoil isə 25% payla təmsil olunmuşdular.
Kəşfiyyat nəticəsində iki yataq aşkar edilmişdi: “Azar” və “Şanqule”. “Lukoil” və “Statoil” İran tərəfi ilə müqavilənin imzalanması üçün danışıqlar aparırdılar, lakin sanksiyalara görə müqavilə imzalanmadı.
2009-cu ilin sonunda “Qazprom neft” şirkəti və İranın “National Iranian Oil Co” (NIOC) şirkəti ilə “Azar” və “Şanqule” yataqlarında əməkdaşlıq imkanı üzrə anlaşma memorandumu imzalamışdılar. Lakin bir il çəkən danışıqlardan sonra tərəflər konkret müqavilələr imzalamadılar.