2015-ci ilin yanvar-sentyabrında Türkiyənin Botaş şirkəti müxtəlif mənbələrdən 29.82 milyard kub metr qaz idxal edib ki,bu da keçən ilin analoji dövrünün göstəricisndən (28.88 milyard kub metr) 3.3% çoxdur.
2014-cü ildə BOTAŞ müxtəlif mənbələrdən 2013-cü ildə idxal edilmiş 36.1 milyard kub metrə qarşı 40 milyard kub metr qaz idxal etmişdi.
Bundan əlavə bu ilin yanvar-sentyabr aylarında BOTAŞ şirkətinin ixrac əməliyyatlarına bir il əvvəlki 531 milyon kub metrə qarşı 486 milyon kub metr qaz düşüb.