Səudiyyə Ərəbistanı neftinin Avropaya ixracı üzündən Urals markalı neftin Brentə nisbətdə endirimi $3,35 çatıb.
Rusiya Mərkəzi Bankının araşdırma departamentinin hesabatında bildirilir ki,”Səudiyyə Ərəbistanından Avropaya neft tədarükü Urals neftinin qiymətinə mənfi təsir göstərir.Rotterdama tədarük edilən Urals neftinin güzəştli qiyməti Brent markalı sortun qiymətinə nisbətdə bir barel üçün $3,35 qədər artıb. Əvvələr endirim bir barel üçün $2-dan artıq olmurdu”.
Ekspertlər qeyd edirlər ki,bu Rusiya ixracı və tədiyyə balansı və ən çox Rusiya büdcəsi üçün risklər yaradacaq.
Yeni bazarlar axtarışında olan Səudiyyə Ərəbistanı oktyabrda Rusiya neftinin ənənəvi bazarı olan Polşaya neft tədarükünə başlayıb.