Bazar ertəsi, İyul 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şəffaflıq məsələlərinin qlobal mahiyyəti: istər şirkətdə olsun, istər dövlətdə

15/11/2015
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Gəlirlər gizlədiləndə, sabah gec-tez onlara kimsə sahib çıxır

gelirlerAzərbaycanın həm dövlət, həm də özəl şirkətləri bir sıra məsələlərdə özlərinin nəinki Qərb analoqlarından, artıq MDB məkanındakı oxşarlarından da geridə qalmağa başlayıblar. Məsələn, ictimaiyyət üçün şəffalıqlarından. Deyə bilərsiniz ki, axı biz nəinki MDB məkanında, dünyada belə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə ilk hesabat açıqlayan ölkə kimi adımızı tarixə yazmışıq.

Orası tamamilə düzdür. Tarixi faktlar baxımından bu həqiqətən belədir. Ancaq tarix də yerində saymır, çünki dünya sürətlə dəyişir, əgər inkişaf tempini qoruyub saxlamasan, rəqabət məsələlərinə fikir verməsən, dünən səndən çox geridə olanlar bu gün səninlə bərabərləşir, sabah isə səni çöx geridə qoyur.

İndi isə keçək mətləbə. Azərbaycanda az sayda şirkətlər var ki, onlar özlərinin audit olunmuş hesabatlarını saytlarında yerləşdirir və geniş ictimaiyyətin qavraya biləcəyi şəkildə maliyyə göstəriciləri ilə bağlı (gəlirləri, xərcləri, xalis mənfəəti, aktivləri və borcları) ictimaiyyətə aşıqlamalarını təqdim edirlər. Xaricdəki şirkətlər isə bunu hər rübün nəticələrinə görə edirlər. İndi görürsünüzmü Azərbaycan bu sahədə nə qədər geridə qalır!

Caspian Barrel-in apardığı araşdırmaya görə, MDB məkanında “şəffaflıq” məsələləri ilə bağlı adı heç AĞ siyahılara yaxın düşməyən Belarusda bu sahədə artıq müsbət tendensiyalar müşahidə edilməkdədir. Şirkətlərin mənfəətlərinin ictimaiyyətə açıqlanmasına görə xeyli irəliləyiş əldə edib hökumət.

Bu il sentyabrın 25-də Belarus Maliyyə nazirliyi ölkə şirkətlərinin ilin I yarısında daha çox xalis mənfəət qazanmasına dair rəsmi məlumat yayıb: 1) “Belaruskaliy” – $377,3 mln; 2) “Gazpromtransgaz Belarus” – $140,9 mln; 3) “Mozir” NEZ – $134,1 mln; 4) Belarus İnkişaf Bankı – $32,7 mln; 5) Pinsk çörək məmulatları kombinatı – $21,9 mln; 6) Qomeltransneft “Drujba” – $20,0 mln; 7) “GrodnoAzot” fabriki – $13,9 mln; 8) Aviasiya təmiri zavodu “558” – $11,5 mln; 9) Promaqrolizing – $10,9 mln və nəhayət 10-cu yer Optik-elektron avadanlıq istehsal və elmi-təqdqiqat məhsulu ilə məşğul olan “Peleng” ASC – $10,3 mln.

Beləliklə, Belarusun ilk 10 mənfəətli şirkətin SPEKTRİNƏ baxanda iqtisadiyyatın nə qədər DİVERSİFİKASİYALI olduğu ilk baxışdan üzə çıxır. Və məlum olur ki, 10 şirkətin 6 ayda xalis mənfəəti – $773,5 mln təşkil edib. Bir ildə bu şirkətlərin xalis qazancı  təqribən $1,5 mlrd-dan çox ola bilər.

Azərbaycanın 1 N-li mənfəətli şirkəti Dövlət Neft Şirkətidir (SOCAR). Onun 2014-cü il üçün açıqlanan hesabatına görə, xalis mənfəəti $1,6 mlrd olub. Ancaq cari ildə bu göstəricinin nə qədər olacağı bəlli deyil. Çünki SOCAR  $1,6 mlrd mənfəəti neftin orta qiyməti $101 olanda qazanmışdı, bu il isə neftin orta ixrac qiyməti ən yaxşı halda $53 olacağı proqnoz edilir. SOCAR isə özünün nə rüblük, nə də yarımillik gəlirləri və mənfəəti haqda məlumatları açıqlamaq TƏCRÜBƏSİNƏ hələ də yiyələnməyib, baxmayaraq ki, 1995-ci ildən xarici şirkətlərlə “oturub-durur”, daim birgə təmasdadır.

Azərbaycanın Dünya təcrübəsindən “axsadığı” ikinci gözəçarpan məqam isə irivergiödəyicilərin ictimaiyyətdən gizlədilməsidir.

İctimaiyyətə yalnız və yalnız ən böyük vergiödəyicisinin adı açıqlanır – bu sahədə də təəssüf ki, monopoliya SOCARa məxsusdur. Ötən il Dövlən Neft Şirkəti büdcəyə 1 mlrd 855,23 milyon manat vəsait köçürüb. Cari ildə isə öhdəliyi 1,5 mlrd manatdır.

Yaxşı, bəs yerdə qalan 10 şirkət? Onlar kimlərdir? Niyə Vergilər nazirliyi onların adlarını açıqlamır? Azərbaycanın Belarusdan nəyi əskikdir?

Axı, məlum “MTN əməliyyatı” bir məsələni üzə çıxartdı ki, iş adamlarından milyonlarla manat çıvarında pul tələb edilib və imkanı çatanlar (1, 2 və 3 milyon manat çıvarında) bunu ödəyiblər, iri məbləğləri isə obyektlərin şərikli işlədilməsi kimi təklifə (düzdür təzyiqdən sonra) razılaşıblar. Demək, ölkədə kifayət qədər milyonçu var, ancaq onlar leqal deyillər. Əgər leqal olsaydılar, məmurlar belə asanlıqla onların vəsaitlərini əllərindən ala bilmədilər axı?

İkincisi, bütün dünyada iqtisadiyyatda ən yaxşı idarəçilik forması açıq səhmdar cəmiyytləridir. Bunun əhəmiyyəti odur ki, müəssisələriin reket formasında özəlləşdirilməsi və kiminsə əlinə keçirilməsi faktiki mümkünsüz olur, həmçinin gəlirin bölüşdürülməsində daha çox insan iştirak edir, bundan mənfəətlənir. Ona görə də bu tip idarəçilik daha çox vətəndaşın maraqlarının təcəəssümüdür. Məsələn, BP şirkəti dövlət şirkəti deyil, səhmdar şirkətidir, ancaq onun adı gələndə sanki Britaniya başa düşülür. Bilirsiniz niyə? Çünki BP-nin səhmlərinin təqribən 60%-i özəl təqaüd fondlarına məxsusdur və bu şirkətin biznesdəki uğuru hər bir Britaniya ailəsinə bu və ya digər şəkildə təsir edir.

Ona görə də açıq tipli səhmdar şirkətləri Azərbaycanda nə qədər çox olsaydı və onların idarəçiliyində ŞƏFFALIQ və HESABATLIQ nə qədər dünya təcrübəsinə yaxın olsaydı, bunu get-gedə iqtisadiyyatın struktur dəyişikliyi və ölkənin vergi ödəyiciləri arasında yaranan rəqabətdə də görmək olardı. Belə şirkətləri reket yolu ilə ələ keçirmək Azərbaycan şəraitində belə ələ keçirmək müşkül məsələ olacaqdı axı. Adicə YUKOS məsələsi bu gün Rusiyaya necə baş ağrısı yaradıb və neçəyə başa gələcək hələ bəlli deyil.

Necə deyərlər problemli məsələlər çoxdur və qaranlıq məsələləri şəffaflandırmaq üçün iqtisadiyyatda həqiqətən köklü islahatlar aparmağın zamanıdır.

Yəni bütün bunlara diqqət yetirməyimizin səbəbi, dövlət başçısı İlham Əliyevin dönə-dönə təkrar etdiyi kimi, Azərbaycanda qarşıya çıxa biləcək neqativ halların qarşısının alınması, bunlarda vətəndaş cəmiyyətinin daha aktiv iştirakı və məmurların vəzifələrindən sui-istifadə etmələrinin qarşışının alınması məsələləridir.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Мощности ядерной генерации в мире растут
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.