Bu, Qazaxıstanın “KazMunayQaz” və Fransanın “Air Liquide” şirkətlərinin birgə layihəsi olacaq
Belə bir məlumatı “KazMunayQaz” şirkətinin mətbuat xidməti yayıb. Həmin məlumata görə, müəssisə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Fransaya səfəri zamanı imzalanmış sənədlərə uyğun olaraq yaradılır.
Həmin sənədə görə, Qazaxıstandakı Atırau, Pavlodar və Şımkənd neft emalı zavodlarındakı hidrogen, azot və digər texniki qaz qurğuları autsorsinqə, yəni istehsal effektivliyinin artırılması məqsədi ilə uzunmüddətli idarəçiliyə verilir. Həmçinin bu məqsədlə yeni qaz qurğularının tikintisi də nəzərdə tutulur.
Sənaye qazının neft emalı müəssisələrində istehsalı zamanı Fransa şirkəti bu sahədə müasir texnologiyalar tətbiq etməli, “yaşıl iqtisadiyyat” prinsiplərindən çıxış etməli və enerjieffektivliyi məsələləriniyüksəltməlidir.
Qeyd edək ki, “KazMunayQaz” şirkəti Pavlodar neft-kimya kompleksində 100% səhmlərə, Atırau neft emalı zavodunda 99,5% səhmlərə və Şımkənd NEZ-də 49,7% nəzarət paketinə sahibdir.
Kapital.kz