KazTAG xəbər verir ki, North Caspian Operating Company (NCOC) şirkətinin icraedici direktoru Stefan De Maye vəzifəsini tərk edir.
Neft-qaz sahəsindəki nəndə bildirib ki,”2014-cü ildən şirkətə rəhbərlik edən Stefan De Maye şirkətdən gedir. Onu Bruno Jarden əvəz edəcək”.
O xatırladıb ki,Bruno Jarden hal-hazırda ExxonMobil Kazakhstan şirkətinə rəhbərlik edir.
NCOC Xəzər dənizinin şimal hissəsində yerləşən “Kaşağan” layihəsinin operatorudur.
Hal-hazırda, NCOC şirkətinin səhmdarları Agip Caspian Sea B.V. (16,81%), KMG Kaşaqan B.V. (16,88%), ExxonMobil Kazakhstan Inc. (16,81%), Inpex NorthCaspian Sea Ltd. (7,56%), Shell Kazakhstan Development B.V. (16,81%), Total EP Qazaxıstan (16,81%) və CNPC Qazaxıstan BV (8,33%) şirkətləridir.
Kaşağan – Qazaxıstanın Xəzər dənizinin şimalında yerləşən böyük neft və qaz yatağıdır. Geoloji ehtiyatları 4,8 milyard ton neft həcmində qiymətləndirilir.