Londonun yol nəqliyyatı atmosferə sıfır emissiyalı tullantılı maşınlara keçir. 2020-ci ilə şəhərdə ancaq belə avtobuslar işləməlidir.Şəhərin ən böyük nəqliyyat operatoru TFL ilə Çinin BYD şirkəti arasında elektrik dartı qüvvəsi ilə işləyən avtobusların istehsalı üçün müqavilə imzalanıb.
İlk avtobusun təqdimatı oktyabrın 21-də Londonda keçrilib. BYD şirkətinin avropa
nümayəndəliyinin rəhbəri İsbrand Ho BYD şirkəti ilə İngiltərənin avtobus istehsalı ilə məşğul olan Alexander Dennis Ltd.şirkəti ilə tərəfdaşlıq müqaviləsini elan edib. Yeni tərəfdaşlar 10 il ərzində elektroavtobus satışından 2 milyard qazanmaq niyyətindədilər.