“5-6 ay ərzində neft hasilatını təqribən sutkada 1 milyon barelə qədər artıracağıq”.
“Report” xəbər verir ki, bu sözləri İranın neft nazirinin müavini Əmir Hosseyn Zamaniniya deyib.
“Biz bunu OPEK çərçivəsində həyata keçirmək istəyirik. OPEK kvotasının dəyişməz qalacağı təqdirdə biz istehsal və çatdırılmada artım gözləyirik. Bu səbəbdən OPEK ilə koordinasiyalı işləyəcəyik. Bu, sutkada 30 milyon barel deməkdir (OPEK-in kvotası – red.)”, – nazir qaz ixrac edən ölkələrin forumu çərçivəsində çıxış edərkən bildirib.