İran beynəlxalq investorlara neft müqavilələrinin yeni növünü – Iran Petroleum Contract (IPC) təklif edəcək.
İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki,gələcəkdə İran məhz İPC əsasında müqvilələr bağlamaq niyyətindədir.
Zanqane bu bəyanatı Niderlandın iqtisadiyyat naziri Nenk Kamp ilə görüşdən qabaq elan edib. Ancaq İPC müqavilələrinin təqdimatının dəqiq vaxtını açıqlamayıb.
Tehran bildirir ki, IPC növlü neft və qaz müqavilələri xarici investorlara İran neft layihələrinin cəlbediciliyini artırmaq üçün xüsusi olaraq hazırlanıb.
Ölkənin hüququ məsələr üzrə vitse prezidenti Mehdi Hüseynin sözlərinə görə, bu müqavilələrin dəyəri $100 milyarddan artıq ola bilər.