Noyabrın 23-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Şuranın Katibliyindən Caspian Barrel-ə verilən məlumata görə, iclasda soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.
Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.
Qeyd etmək lazımdır ki, soba mazutunun qiymətinin endirilməsi xahişi ilə Tarif Şurasına “Azərenerji” ASC müraciət edibmiş.