2015-ci ilin 10 ayı ərzində Azərbaycanda 34 milyon 977.2 milyon ton neft və kondensat hasil edilib ki,bu da keçən ilin analoji dövrü ilə müqayisədə 1.8% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Hesabata görə, 10 ayda ölkdə xammal hasilatın azalması tempi 634.6 min ton və ya 4.7 milyon barel təşkil edib.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda hasil edilən əmtəəlik neftin həcmi 41,899 milyon ton olub. Hökümətin proqnozlarına görə, cari ildə Azərbaycanda neft hasilatı 41,234 milyon ton səviyyəsində gözlənilir.