İran Tehrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra Shell və Total şirkətlərinə ölkə ərazisində 200 yanacaqdoldurma məntəqəsi inşa etməyə icazə verib.
Bu barədə yanacaqdoldurma məntəqələri sahibləri birliyinin sədri Bidjan Hadj Məhəmmədrezuya istinadən Mehr News agentliyi xəbər yayıb.
Onun sözlərinə görə, Shell və Total sanksiyalar qaldırıldıqdan sonra Tehranda və digər şəhərlərdə 100 stansiya inşa edəcəklər.
O, həmçinin bildirib ki,bir sıra neft emalı zavodları ilə neft və qazın saxlanılması anbarlarının satışı və icarəyə verilməsi üçün danışıqlar aparılır.
*İran hazırda gündə 6.5 milyon litr benzin idxal edir.