Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Neft Daşları” yatağında yerləşən Çvanov-203 saylı meydançalararası estakadanı əsaslı təmir edib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
1036 metr uzunluğunda estakadanın təmiri zamanı svaylar, dəmir beton tavalar, məhəccərlər və rigerlər yenilənib.
Bundan əlavə, “Neft Daşları”ndakı 1 saylı Neft və Qazçıxarma Sexi ilə 1936 və 810 saylı meydançalararası estakadanın da təmiri başa çatdırılıb.
Burada 660 metr uzunluğunda estakada təmir edilib və korroziyaya uğramış metal konstruksiyalar yenisi ilə əvəz olunub.
“Neft Daşları” yatağı 1949-cu ildə açılıb və 1952-ci ildən işlənilir.