Cümə axşamı, Oktyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Kanada şirkəti ilə “Muradxanlı” blokunun işlənməsinə dair müqavilə bağlayacaq

31/10/2015
9
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Kanadanın “Zenith Energy” şirkəti ilə quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunun işlənməsinə dair müqavilə imzalamağı planlaşdırır. Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

zenith“Müqavilə hazırdır, həmçinin müqaviləni imzalamaq üçün Azərbaycan prezidentindən də razılıq alınıb. İndi ekspertlər müqavilənin texniki detallarını işləyib hazırlayırlar. “Muradxanlı” çox mürəkkəb yataqdır və orada böyük problemlər var, biz onun işlənməsinə dair üçüncü dəfə danışıqlar aparırıq”, – deyə R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.

R.Abdullayev yeni müqavilənin imzalanma tarixi və SOCAR-ın bu müqavilədə iştirak payı barədə məlumat verməyib.

Daha əvvəl “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarının işlənməsi ilə “Muradkhanli Operating Company” (MOC) məşğul olurdu. Bu blokun işlənməsinin operatoru “Ramco” şirkəti idi. PSA tipli müqavilə 1998-ci il iyulun 21-də imzalanmış və həmin il noyabr ayının 27-də qüvvəyə minmişdi. Yatağın ehtiyatları SOCAR-ın mütəxəssisləri tərəfindən 60 mln. ton neft səviyyəsində qiymətləndirilmişdi.

Müqaviləyə əsasən, “Ramco” şirkəti ərazidə iki kəşfiyyat quyusu qazmalı idi. Lakin şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi üçün müqavilə ləğv edilib və quyular SOCAR-ın balansına qaytarılıb.

2012-ci ilin may ayında SOCAR və Vyetnamın “Vyetnam Oil and Gas Group” (Petrovyetnam) şirkəti “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunun reabilitasiyası, kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü haqqında müqavilənin əsas kommersiya prinsipləri və müddəaları haqqında saziş imzalayıb. Lakin müqavilə və blokun işlənməsi yarımçıq qalıb.

“Zenith Energy LTD” hazırda Argentina və İtaliyada neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğuldur. Şirkət həmçinin Mərkəzi Asiya və Afrikada neft-qaz axtarışı üçün kəşfiyyat işləri aparır.

2015-ci il sentyabrın III dekadasında “Zenith Energy LTD” Direktorlar Şurası şirkətin Bakıda regional nümayəndəliyinin açılmasına dair qərar qəbul edib. Bu, şirkətin dördüncü ofisidir, qalan 3 ofis Kalqari (Kanada), Genuya (İtaliya) və Buenos-Ayresdə (Braziliya) yerləşir.

* “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci, “Cəfərli” yatağı 1984-cü, “Zərdab” yatağı 1981-ci ildə açılıb. Blokun qalıq ehtiyatları 1,8 mln. ton neft və 36 mln. kubmetr qaz səviyyəsində qiymətləndirilir. Hazırda blokda 77 quyu istismar edilir.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.