SOCAR Azərbaycan Beynəlxalq Bankdan 189 milyon manat həcmində ilk kredit tranşını alıb. Bunu Trend-ə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Onun sözlərinə görə, bu məbləğin 120 milyon manatı qazma işlərinə, daha 69 milyon manatı isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi üzrə işlərə ayrılacaq.
Kreditin ümumi məbləği 1,86 milyard manat təşkil edəcək.