Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AÇG üzrə tərəfdaşları ilə yeni saziş bağlamaq niyyətindədir

05/10/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Pipelines_Caspian_Black_SeaBu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsi layihəsinin tərəfdaşları – BP, “Statoil”, “Exxon Mobil”, “Shevron”, “İtochu”, İNPEX, TPAO, “ONCL Videsh” şirkətlərinin təmsilçiləri ilə SOCAR və SOFAZ rəhbərliyinin görüşü keçirilib.

Caspian Barrel SOCAR-ın saytına istinadən məlumat verir ki, görüşdə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsinə dair 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) tarixə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olunduğu qeyd edilib, bu hadisənin regional və qlobal əhəmiyyəti vurğulanıb. HPBS üzrə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə edən görüş iştirakçıları layihənin indiki və gələcəkdə mümkün inkişafı haqqında ətraflı fikir mübadiləsi aparıblar.

BP və tərəfdaş şirkətlərin nümayəndələri Azərbaycan Respublikasında xarici investisiyaların təşviqi və qorunması üçün sabit şəraitin yaradıldığını yüksək qiymətləndirib, mövcud əlverişli biznes mühitinin enerji layihələrinin inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, tərəfdaşlar gələcək fəaliyyət planlarında bunu məmnuniyyətlə nəzərə alırlar. Layihənin operatoru olan BP və görüşdə təmsil edilən digər xarici şirkətlərin nümayəndələri SOCAR-la uzunmüddətli əməkdaşlıq təcrübəsinin effektivliyini və onun etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıblar.

Görüşdə qeyd olunub ki, BP və tərəfdaşlarla SOCAR arasında AÇG layihəsinin gələcək inkişafı üzrə uzunmüddətli texniki müzakirələr aparılıb. Müzakirələrin gedişində “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” yataqlarının hələ də böyük potensiala malik olduğu müəyyən edilib. Aparılmış müzakirələrdə, həmçinin yataqlar blokundakı resursların mövcud HPBS müddətindən sonrakı dövrlərdə birgə işlənməsinin effektivliyi məsələsi araşdırılıb.

Görüşdə AÇG yataqları üzrə gələcək işlənməni nəzərdə tutan sazişin mövcud tərəfdaşlarla bağlanılmasının mümkünlüyü qeyd edilib və SOCAR-ın mövcud tərəfdaşlarla yeni saziş bağlamaq niyyəti bəyan olunub. Bu niyyət BP və digər tərəfdaş şirkətlərin təmsilçiləri tərəfindən məmnuniyyətlə qarşılanıb.

Tərəflər gələcəkdə atılacaq addımların koordinasiya olunması barədə razılığa gəliblər.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.