Press TV xəbər verir ki, ingilis-holland şirkəti “Shell” şirkəti İranın neft-qaz layihələrində iştirakda maraqlıdır.
Londonda keçrilən konfransda “Shell” şirkətinin prezidenti Ben var Berden bildirib ki,İran geosiyasi baxımdan maraqlı ölkədir və onun enerji layihələrinə sərmayə yatırmaq üçün yaxşı perspektivlər var.
Onun sözlərinə görə,İranda şirkətlərin planları bu ölkənin bazarlarının inkişafından asılı olacaq.
Van Berden şirkətin İranla danışıqlar apardığını və danışıqların əsasən İranın Milli Neft Şirkəti (NIOC) qarşısında yaranmış borcun həllinə yönəldiyini bildirib.
“Shell” şirkətinin nümayəndə heyəti ölkənin rəsmiləri ilə görüşlər aparmaq üçün cümə günü İrana gəlib.