Rusiya prezidenti Vladimir Putin bildirib ki,Rusiya və Qazaxıstan ümumi elektrik bazarının inkişaf proqramını hazırlayır və Qazaxıstanda ilk nüvə elektrik stansiyasının tikintisinə hazırlaşır.
“Rusiya və Qazaxıstan ümumi elektrik bazarını yaratmaq üçün proqramlar hazırlayır”- deyə Putin Qazaxıstan prezidenti ilə görüşdən sonra bildirib.
O qeyd edib ki, DRES-2 yenidənqurulması və genişləndirilməsi layihəsi davam edir.
“Qazaxıstanda ilk nüvə elektrik stansiyasının tikintisinə hazırlaşırıq”, – deyə Rusiya prezidenti əlavə edib.