Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Mədən sənayesində şəffaflıq təşəbbüsü qurumunun sədri Bakıda hansı məsələləri müzakirə edib – müsahibə

14/10/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Mədən sənayesində şəffaflıq təşəbbüsü (EITI) qurumunun sədri Clare Short ötən həftə Bakıda Prezident İlham Əliyevlə görüşəndən sonra BBC Azərbaycan-a danışıb.

il-cl

Bu ilin aprel ayında Azərbaycan qurumda “tamhüquqlu üzv” statusundan məhrum edilib və “namizəd” statusu alıb. Bu, Azərbaycanda “vətəndaş cəmiyyətinin üzləşdiyi vəziyyətin problemli” olduğuna görədir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev vətəndaş cəmiyyətinə təzyiqləri “regiondakı bəzi qeyri-sabitliklə” əlaqələndirir.

Clare Short həmçinin 1997-2003-cü illər arasında Birləşmiş Krallığın Beynəlxalq İnkişaf üzrə Dövlət Katibi olub. Onunla BBC Azərbaycan xidmətinin müsahibəsini sizə təqdim edirik.

– Necə oldu ki, Azərbaycana getmək qərarına gəldiniz? Bu kimin təşəbbüsü idi?

– Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (Extractive Industry Transparency Initiative – EITI) təşkilatının Beynəlxalq Şurasında bu qurumun vətəndaş cəmiyyətinə münasibətinə dair mübahisələrimiz vardı. Vətəndaş cəmiyyətinin bəzi nümayəndələri bildirmişdilər ki, bu ölkədə azadlıqlar kifayət deyil və buna görə də Azərbaycan EITI-nin tərkibindən çıxarılmalıdır. EITI və onun şurası Azərbaycandan bu barədə hesabat tələb etmiş və onlar da hesabatı hazırlayıb göndərmişdilər. Elə bu mübahisələrin getdiyi əsnada qərara gəldik ki, oraya nümayəndə göndərək. Müraciət etdik və bundan sonra bizə prezident aparatından dəvət gəldi. Beləliklə, mən səfər edib məsələlərə aydınlıq gətirmək imkanı qazandım.

Mən vətəndaş cəmiyyətinin nümayəndələri, EITI ilə koalisiyada işləyənlərlə görüşdüm. Liderlər və qruplarla, habelə ABŞ, Böyük Britaniya, Norveç səfirləri, Dünya, Asiya İnkişaf banklarının nümayəndələri ilə də görüşlərim oldu. Və nəhayət prezidentlə görüşdüm.

– Nə barədə danışdınız?

– Mən ona dedim ki, Azərbaycan mədən sənayesi şəffaflığı təşəbbüsünü ilk tətbiq edən ölkələrdən olub. Lakin indi vətəndaş cəmiyyətinin azadlığı üzərinə qoyulmuş məhdudiyyətlər EITI-nin qaydalarını pozur. Biz insan haqlarını tətbiq edən qurum deyilik, lakin bizim qaydalarımız, şurada hesabatlılıq və ölkə boyunca informasiya mübadiləsi sahəsində vətəndaş cəmiyyətinin fəaliyyətini tələb edir. Azərbaycandakı bir sıra məhdudiyyətlər isə o deməkdir ki, EITI-dəki vətəndaş cəmiyyəti nümayəndələri sərbəst fəaliyyət göstərə bilmirlər.

O isə dedi: “Hə, biz vətəndaş cəmiyyətinə məhdudiyyətləri Ukraynada “Maydan” və regionda baş verən başqa hadisələrə görə qoymuşuq. Amma mən fəxr edirəm ki, 2003-cü ildə Londona gedib EITI-yə bizim ölkəmizin imzasını atmışam. Mən istərdim ki, biz bu təşkilatda qalaq. Əgər bizə kimsə problemlərin nə olduğunu konkret şəkildə izah etsə, mən onların aradan qaldırılmasına göstəriş verərəm ki, vətəndaş cəmiyyəti EITI-nin tərkibində azad fəaliyyət göstərə bilsin”.

koalisiya– Bu çox maraqlıdır, çünki ilk dəfədir ki, prezident Əliyev “məhdudiyyət” sözünü bir növ təsdiq edib. Adətən deyirdilər ki, konkret fərdlərə və QHT-lərə qarşı hücumlar edilməyib, qanunla cinayət işləri qaldırılıb. Deməli əslində o bunları etiraf edib?

– O regiondakı sabitsizlikdən danışdı və dedi ki, məsələn, “Molotov kokteyli” kimi işlərlə bağlı bəzi adamlar həbs ediliblər. Mən belə hadisələr barədə heç nə bilmirəm. O bunu çatdırmağa çalışdı ki, təqiblər ölkəni sabitsizləşdirməyə çalışan adamlara görə olub. Lakin o, EITI daxilində vətəndaş cəmiyyətinin azadlığını məhdudlaşdırmaq istəmir. O belə dedi.

– Siz onunla hər hansı konkret bir halla, cinayət işi ilə bağlı halla əlaqədar söhbət etdinizmi?

– Yox, etmədim. Çünki, əlbəttə, o söz verdi, məsələnin yoluna qoyulması üçün təfərrüatların bildirlməsini istədi. Azərbaycan haqqında EITI-nin növbəti hesabatı 2016-cı ildə olacaq. Həmin vaxta qədər onun öz vədinə necə sadiq qaldığına baxılacaq. Bundan sonra qərar qəbul olunacaq.

– Sizin öz təəssüratınız necə oldu? Cənab Əliyev sizə bu dəyişiklikləri etməyə hazır və sadiq birisi təsirini bağışladımı?

– Mənim təəssüratım bu oldu ki, o EITI-yə biganə deyil. Londona səfərindən, üzvlüyü imzalamasından fəxrlə danışırdı. Məncə, o vətəndaş cəmiyyətinin EITI daxilində sərbəst fəaliyyəti üçün maneə görmədiyini deyəndə səmimi danışır. Lakin vaxt göstərəcək. O çox möhkəm vəd verib. Bu dəyişikliklər edilməlidir, yoxsa problem olacaq. Məsələ çox aydındır.

– 2015-ci ilin aprelindəki Şura yığıncağından bəri Azərbaycanda nə kimi dəyişikilik gördünüz?

– Səfirlərin baxışları belədir ki, vəziyyət pisləşməkdə davam edir. Onlar düşünürlər ki, bu, Azərbaycanın potensial gələcəyinə və ölkəyə investisiya yatırılması mühitinə zərər vurur. Onlar doğrudan da ümid etmək istəyirlər ki, EITI-dən başlanacaq dəyişikliklər dönüş nöqtəsi olacaq və bir müddətdən sonra vəziyyətin pisləşməsi dayanacaq. Yəni onlar orada yaşayırlar və belə şərh verirlər. Mən daha geniş vəziyyət barədə yaxşı məlumatlı deyiləm. Bu onların baxışlarıdır.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.