Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Fransanın “Axens” şirkəti H.Əliyev ad. NEZ-da hidrotəmizləmə qurğuları üzrə lisenziar seçilib

29/10/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Fransanın “Axens” şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda dizelin və benzinin hidrotəmizlənməsi qurğuları üzrə lisenziar seçilib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR) saytında məlumat verilir. Oktyabrın 28-dənpz Bakıda SOCAR-la “Axens” arasında lisenziyaya dair müqavilə imzalanıb.

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulmasıvə modernləşməsiçərçivəsində bir neçə yeni qurğunun – bitum istehsalı, dizel hidrotəmizləmə, hidrogen istehsalı qurğusu, aminlə təmizləmə, “LPG Merox”, isomerizasiya, nafta və katalitik krekinqdən alınan benzin fraksiyasının hidrotəmizlənməsi, kükürd istehsalı və s. qurğuların inşası planlaşdırılır.

R.Abdullayevin sözlərinə görə, bununla əlaqədar qurğular üzrə lisenziyaların alınması və eləcə də layihələndirmə xidmətlərinin yerinə yetirilməsi istiqamətində işlərə başlanılıb və cari ilin noyabr ayının sonuna kimi müqavilələrin imzalanması nəzərdə tutulur.

Şirkət rəhbəri onu da bildirib ki, SOCAR uzun müddətdir “Axens” şirkəti ilə əməkdaşlıq edir. Xüsusilə SOCAR-a məxsus olan və Türkiyədə tikilən “Star” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları Fransa şirkətinin lisenziyası əsasında inşa edilir.

Daha əvvəl R.Abdullayevə istinadən məlumat verilib ki, 2015-ci ilin sonunda SOCAR BNEZ-in yenidən qurulmasıvə modernləşməsiüzrə işlərə başlamağı və 2018-ci ilin sonunda bitirməyi planlaşdırır. Bu, zavodda “Euro-5” standartına cavab verən daha yüksək keyfiyyətli benzin və dizel yanacağının istehsalını həyata keçirməyə və 2030-cu ilin ortalarına qədər ölkənin bu yanacaq növlərinə olan tələbatını ödəməyə imkan verəcək.

Xəbər verildiyi kimi, BNEZ-in yenidən qurulması və modernləşməsi layihəsinə neftin ilkin emalı üzrə qurğunun gücünün illik 6 mln. tondan 7,6 mln. tona qədər, katalitik krekinq qurğusunun gücünün illik 2 mln. tondan 2,5 mln. tona qədər artırılması daxildir.

Heydər Əliyev adına BNEZ-də yenidənqurma və modernləşmə nəticəsində avtomobil benzininin illik istehsal həcmi 1,3 mln. tondan 2,2 mln. tona qədər, dizel yanacağının istehsal həcmi 2.3 mln. tondan 2,9 mln. tona qədər, təyyarə yanacağının istehsal həcmi 700 min tondan 1 mln. tona qədər artacaq.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.