Bu sözləri Türkmənistanın neft və qaz sektoruna planlaşdırılan investisiyalarla bağlı Londonda keçirilən yığıncaqda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.
O bildirib ki, Türkmənistanın enerji qaynaqlarının Avropaya tədarükü imkanları böyük maraqla müzakirə edilir. Burada Transxəzər qaz kəmərinin tikintisi perspektivli layihə hesab edilir.
Qeyd edək ki, Transxəzər qaz kəməri vasitəsilə Türkmənistan qazı Xəzər dənizindən keçməklə “Cənub” qaz dəhlizi ilə Avropaya nəql edilə bilər.