Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Baş nazirin qəfil Bakı səfəri: Gürcüstanın daha ucuz qaz siyasəti

10/10/2015
0
BAXIŞ
Share on FacebookShare on Twitter
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya qəfil və belə görünür ki, əvvəlcədən planlaşdırılmayan səfərə gəlib

garibVirtualaz.org rəsmi KİV-lərə istinadən artıq xəbər verib ki, Qaribaşvilini Heydər Əliyev Beynəlxalq Hava Limanında energetika və sənaye naziri Natiq Əliyev qarşılayıb. Qarşılanma mərasimindən dərhal sonra Qaribaşvili prezident İlham Əliyevin qəbuluna yollanıb. Burada tərəflər iki ölkə arasındakı münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlığı müzakirə ediblər. Əlavə məlumatlar verilmir.

Qaribaşvilinin Bakıya səfəri o qədər qəfil xarakter daşıyıb ki, hətta Gürcüstan hökumətinin dəftərxanası bu səfər haqda rəsmi məlumatı baş nazirin təyyarəsi Bakıya enəndən sonra da yaymamışdı. O cümlədən Gürcüstan KİV-ləri baş nazirin Bakıya səfərindən AzərTAC-ın az əvvəl yaydığı məlumatdan xəbər tutublar.

Qaribaşvilinin Bakıya bu cür qəfil səfərini əslində gözlənilməz hesab etmək olmaz. Son günlər Gürcüstan hökumətinin üzvlərinin Azərbaycan qazından asılılığı azaltmağa yönələn planlar barədə açıqlamaları əslində tezliklə Bakı ilə Tiflis arasında yüksək səviyyədə rəsmi təmasın olacağını qaçılmaz edirdi. Xəbər verdiyimiz kimi sentyabrın 25-də Gürcüstanın energetika naziri Kaxa Kaladze Brüsseldə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb. Bu görüş barədə məlumatı gürcü tərəfi yox, “Qazprom” yayıb və bildirilib ki, tərəflər Gürcüstanın Rusiya qazı ilə təchizatı məsələlərini müzakirə ediblər.

Gürcüstan müxalifəti bu danışıqlardan narahat olub və hökuməti Rusiyanı ölkənin energetika bazarına qaytarmaq cəhdlərində günahlandırıb. Kaxa Kaladze əvvəlcə bildirib ki, Brüsseldəki görüş “cari” xarakter daşıyırdı və Rusiya qazının Gürcüstan üzərindən Ermənistana nəqli məsələlərini müzakirə etmək üçün idi. (Gürcüstan Ermənistana nəql edilən Rusiya qazı üçün tranzit haqqı kimi ildə 300 milyon kubmetr qaz alır). Lakin daha sonra nazir “Qazprom”la Gürcüstanın qazla təchizatına dair danışıqların aparıldığını təsdiqləyib.

Kaladze bildirib ki, Gürcüstanın əsas qaz təchizatçısı olan Azərbaycan lazım olan həcmdə qaz təmin edə bilməyib və ümumiyyətlə, ölkənin qazla təchizatı mənbələrini şaxələndirmək lazımdır. Nazir “Qazprom”la və İranla bu istiqamətdə danışıqların aparıldığını açıqlayıb. Bir gün əvvəl Gürcüstan xarici işlər nazirinin müavini David Dondua da hökumətin qaz təchizatı mənbələrini şaxələndirmək planları haqda danışıb və İranla intensiv danışıqların getdiyini bildirib.

Beləliklə, Gürcüstan hökumətinin qaz təchizatı mənbələrini şaxələndirmək planları o deməkdir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qonşu ölkənin energetika bazarında payı məhdudlaşdırılacaq. Və bu vəziyyət rəsmi Bakını narahat etməyə bilməzdi və heç bir şübhə yoxdur ki, baş nazir Qaribaşvilinin təcili Bakıya dəvət olunması da məhz Gürcüstan hökumətinin “Qazprom”la, o cümlədən İranla indi üzə çıxan gizli danışıqlarına görədir. Təsadüfi deyildi ki, Qaribaşvilini aeroportda qarşılayan da məhz energetika naziri Natiq Əliyev olub.

Azərbaycan onsuz da Gürcüstana qazı ucuz qiymətə verir. Gürcüstan milli statistika agentliyi “Geostat”ın məlumatına əsasən 2014-cü ildə Gürcüstan “Şahdəniz-1” yatağından hasil edilən qazın Türkiyəyə nəql edilməsinə görə 250 milyon kubmetr həcmi tranzit olaraq alıb, bundan aləvə “Şahdəniz-1” yatağından əlavə olaraq 1000 kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr kommersiya qazı alıb. Həmçinin, 2008-ci ildə bağlanmış hökumətlərarası müqaviləyə əsasən Gürcüstan Azərbaycandan güzəştli qiymətə daha 500 milyon kubmetr qaz alır.

Əhali üçün nəzərdə tutulan bu qazın 1000 kubmetrinə görə Gürcüstan 189 dollar ödəyir. Həmçinin 2014-cü ildə Gürcüstandan SOCAR-dan  kommersiya qiymətinə (min kubmetri 240 dollardan) 400 milyon kubmetr qaz alıb. Beləliklə, Azərbaycanın Gürcüstana satdığı qazın min kubmetrinin orta qiyməti cəmi 131,25 dollar təşkil edib. Bu, Avropa bazarı qiymətlərindən az qala üç dəfə aşağıdır.

Enerji təchizatı mənbələrini şaxələndirmək şübhəsiz ki, idxaldan asılı olan ölkələr üçün doğru taktikadır. Ancaq diversifikasiyada başlıca məqsəd nədir? Əlbətdə ki, enerji daşıyıcılarını daha aşağı qiymətə almaq və alternativ təchizat mənbələri əldə etmək. Lakin indiki halda Azərbaycan onsuz da öz siyasi maraqlarını, Gürcüstanla müttəfiqlik münasibətlərini nəzərə alaraq qazı bu ölkəyə kifayət qədər ucuz satır.

O zaman gürcülərin müharibə vəziyyətində olduqları Rusiyanın və sanksiyalardan azad olmağı səbrsizliklə gözləyən İranın köməyi ilə Azərbaycanı sıxışdırıb daha artıq güzəşt qoparmaq niyyəti nə dərəcədə düzgün siyasətdir? Bəlkə məsələ heç kommersiya maraqlarında və diversifikasiyada deyil, Rusiyanın Gürcüstanda yenidən möhkəmlənib Xəzərin enerji resurslarının nəql olunduğu dəhlizi nəzarətinə götürmək planlarından qaynaqlanır?

Hər halda Azərbaycan prezidentinin gürcülərin bu şübhəli davranışlarından narahat olmağa əsasları və “Qazprom”un ən iri özəl səhmdarı olan Bdzina İvanişvilinin menecerlik etdiyi hökumətin baş nazirinə verməyə xeyli sualları var.

F.Məmmədov

Virtualaz.org

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.