Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) yanvar-avqust aylarında 4,6 milyon ton neft və 4 milyard kubmetrdən çox təbii qaz hasil edilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, səkkiz ayda “Azneft” 4,5 milyon ton neft və 3,5 milyard kubmetr təbii qaz təhvil verib. Ötən dövrdə 3 min 169 quyuda texniki tədbir görülüb ki, nəticədə 38 min 604 ton əlavə neft çıxarılıb. Həmçinin 503 quyuda geoloji tədbir görülüb və nəticədə 159 min 216 ton neft hasil olunub.
“Azneft”in ümumi istismar quyu fondu 3 min 339-a bərabərdir ki, onlardan 3 min 92-si fəaliyyətdə olan quyu fonduna, 236-sı isə fəaliyyətsiz fonda daxildir. Doqquz quyu isə mənimsəmədədir.