Qeyri-neft sektorunun ixracında 45%-dək azalma qeydə alınıb, hökumət isə bunları iclasda Prezidentə söyləməyi “unudub”
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 15 milyard 348,4 milyon ABŞ dolları olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 37,72% azalıb.
İxrac əməliyyatlarının həcmi 8 milyard 769,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,47 faizə qədər azalma deməkdir. Dövlət sektorunun ixracda payı 88,85% və ya 7 milyard 792 milyon dollar təşkil edib.
İxracın ən yüksək həddi 2015-ci ilin yanvar ayında qeydə alınıb – 1 milyard 277,5 milyon dollar. Bundan sonra ixrac həcmləri düşməyə başlayıb və ən aşağı göstərici sentyabr ayında olub – 586 milyon dollar. Yəni cari ildə Azərbaycanın orta aylıq ixracı ilin əvvəlindən sentyabr ayına kimi orta aylıq göstəricilərlə 54% azalıb.
Bu nniyə belədir? Caspian Barrel-in təhlilinə görə, yanvar ayında Azərbaycan neftinin orta ixrac qiyməti 47 dolardan bir qədər artıq olmuşdusa, sentyabr ayında isə bu göstərici 49 dolları üstələmişdi. Ancaq ixrac həcmləri sentyabr ayında ilin əvvəlinə nisbətdə azalmışdır ki, bu da dəyərdə öz əksini büruzə verməliydi. Ancaq bu təkcə neft amili ilə bağlı deyil.
Bu cədvəldən göründüyü kimi, Azərbaycanın MDB ölkələrinə ixracı cari ilin 9 ayında 44,8% azalıb. Azərbaycan isə MDB ölkələrinə əsasən qeyri-neft məhsulları ixrac edir. Yəni hökumətin hər rüb Azərbaycan Prezidentinə qeyri-neft sektorunun təqribən 10%-lik bir diapazonda inkişaf tempi ilə verdikləri hesabat əslində reallıqda ölkə iqtisadiyyatına, onun büdcəsinin artırılmasına heç də QAZNAC gətirən bir sahəyə çevrilmir. Düzdür, bunu statistik göstəricilərlə söyləyirlər, ancaq reallıq budur ki, ölkə qazancı xarici bazardan əldə etməlidir, rəqabətədavamlı məhsullar məhz xarici bazarda özünü göstərməli və ölkə bunun hesabına tanınmalıdır. Yerli bazarın monopoliyalarında isə istənilən göstəricini əldə etmək heç də çətin deyil, ancaq onların davamlığına nə qarantiya var, nə də gömrük sərhədlərinin açılacağı şəraitdə onlardan əsər-əlamətin qalacağına ümid: necə ki, bir zamanlar Sovet İttifaqının “keyfiyyət nişanı” ilə buraxılan məhsulları PERESTOYKA dövrü başlayan kimi sadəcə yox oldular.
Göstəricilər Məbləğ (min ABŞ dolları) | Göstəricilər Məbləğ (min ABŞ dolları) 2015-ci ilin 8 ayı | Göstəricilər Məbləğ (min ABŞ dolları) 2014-cü ilin 8 ayı |
İxracın həcmi | 8 769 941.10 | 17 356 824.53 |
Dövlət sektoru | 7 792 033.00 | 16 391 041.46 |
Özəl sektor | 859 590.37 | 832 245.56 |
Fiziki şəxslər | 118 317.73 | 133 537.51 |
MDB ölkələri | 344 001.72 | 622 790.57 |
Aİ ölkələri | 5 282 822.28 | 9 254 290.68 |
Digər ölkələr | 3 143 117.10 | 7 479 743.28 |
İxrac əməliyyatlarının həcminin: | ||
– yüksək həddi | 1 277 554.36 (yanvar) | 2 323 081.07 (may) |
– aşağı həddi | 586 689.14 (sentyabr) | 1 598 786.89 (mart) |
– orta aylıq artımı | − 86 358.15 | 16 872.65 |
Humanitar yük, təmənnasız kömək və texniki yardım | 128.33 | 303.01 |
İdxala gəldkdə isə, 8 ayda Azərbaycana gətirilən malların dəyəri 6 milyard 578,5 milyon ABŞ dolları oub ki, bu da ötən ilin müvafiq dövründü ilə müqayisədə 0,87% çoxdur. İdxal olunmuş məhsulların həcminin 22,1 faizi MDB üzvü ölkələrinin, 29,9 faizi Avropa Ittifaqı ölkələrinin, 48 faizi isə digər ölkələrin payı təşkil edib.
İlham Şaban