Avropada hələ ki, hava şəraiti mülayim keçir. Bu səbəbdən də qazın qiymətlərində artım müşahidə olunmur.
“East European Gas Analysis”-in direktoru Mixail Korçemkin öz bloqunda yazdığı məlumata görə, hazırda qazın qiymətləri mövsüm üçün gözlənilməz dərəcədə aşağı bir qiymətdədir.
“Platss” agentliyinin dərc etdiyi məlumatlara, oktyabrın 28-də Niderlandın qaz satış bazarında (birjasında) mavi yanacağın qiyməti orta hesabla $5.81/MMBtu (Britaniya termik vahidi) və ya 1000 kub metri üçün $186 təşkil edib.