Rosstatın məlumatına görə, avqustda Səudiyyə Ərəbistanı gündə 10,362 milyon barel neft hasil edərək Rusiyanı yenidən qabaqlayıb. Avqustda Rusiya 10.332 milyon barel neft hasil edib.
Ümumilikdə, OPEK ölkələri avqustda 31.544 milyon barel neft hasil ediblər. Təkcə İraq gündə 4.062 milyon barel neft hasil edib.
Rosstaın məlumatına görə, 2015-ci ilin yanvar-avqustunda Rusiyadan neft ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7.2% artaraq 160 milyon ton təşkil edib.
2015-ci ilin avqustunda xam neftin orta faktiki ixrac qiyməti 1 ton üçün 349.9 dollar olub. “Urals” markalı neftin qiyməti isə dünya bazarında bir ton üçün 333.1 dollar təşkil edib (bir bareli $45,6).