Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Şəffaflıq Təşəbbüsündən çıxmaq fikrindən daşınıb?

09/10/2015
3
BAXIŞ
Share on FacebookShare on Twitter

BELOE_finalDünən dövlət başçısı İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyətinin sədri Kler Şortu qəbul edib. Görüşdə Şort bildirib ki, Azərbaycan EİTİ-yə qoşulan ilk ölkələrdən biridir və bu təşəbbüsdə liderlik nümayiş etdirir.

İlham Əliyev ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq, Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd edib. Daha sonra o, yüksək neft qiymətlərinin ölkəmizdə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirib.

Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan Əliyev iqtisadiyyatın müxtəlifləşdirilməsində böyük uğurlardan bəhs edib. Daha sonra tərəflər Azərbaycanın EİTİ-də iştirakı perspektivlərini müzakirə ediblər, deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, bu ilin aprelində EİTİ Azərbaycanın bu qurumdakı statusunu kiçildib. Qərar aprelin 14-15-də Brazzavildə EİTİ-nin 29-cu toplantısında Azərbaycan üzrə qiymətləndirmə hesabatı müzakirə edildikdən sonra qəbul edilib. Müzakirələrin yekunlarına görə EİTİ İdarə Heyəti Azərbaycanın statusunu tamhüquqlu üzvlükdən namizəd statusuna qədər endirməyi qərara alıb.

Bununla yanaşı, İdarə Heyəti növbəti il üçün tədbirlər planının hazırlanması haqqında qərar qəbul edib. Bu plan yerinə yetirildikdən sonra Azərbaycanın statusu bərpa edilə bilər.

Lakin artıq mayın 1-də Bakıda keçirilən mətbuat konfransında Azərbaycan Neft Fondunun rəhbəri Şahmar Mövsümov bildirib ki, EİTİ Azərbaycan üçün cəzbediciliyini itirib.

Azərbaycanda EİTİ-nin proqram koordinatoru olan Mövsümov əlavə edib ki, EİTİ-dən çıxmaq haqqında qərara baxılır, belə ki, bu təşkilat “öz strategiyasını dəyişib”.

“Əvvəllər EİTİ-nin strategiyası şəffaflığın təmin edilməsinə yönəlmişdisə, indi o, QHT-lərin maraqlarının müdafiəsi funksiyasını yerinə yetirir”, deyə Mövsümov bildirib. Onun sözlərinə görə, təzyiqə baxmayaraq, Azərbaycan öz prinsipini dəyişdirmək niyyətində deyil.

* Neft, qaz və mədən sahələrində şəffaflıq standartlarını müəyyən edən EİTİ təşəbbüsü 2002-ci ildə Yohannesburqda Sabit İnkişaf üzrə Dünya Sammitində irəli sürülüb. Bu təşəbbüs yerli və xarici şirkətlərin ödədikləri vəsaitləri, hökumətlərin isə aldığı vəsaitləri açıqlamasını nəzərdə tutur. Azərbaycan təşəbbüsə qoşulduğunu 2003-cü il iyunun 17-də Londonda EİTİ-nin ilk beynəlxalq konfransında elan edib.

Turan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.