Türkmənistan təbii qaz benzini istehsalı üçün zavod tikilir. Türkmənistanın Ahal vilayəti ərazisində təbii qaz emalı əsasında yüksəkkeyfiyyətli benzin istehsal ediləcək.
Zavod 2018-ci ildə istismara veriləcək və təxminən 800 yeni iş yeri yaratmağa imkan verəcək.
Kompleks “Türkmənqaz” dövlət konserni,Yaponiyanın Kawasaki və Tükiyənin Rönesans Holding şirkətlərinin yaratdığı konsorsium tərəfindən birgə inşa olunur.
Şirkət hər il 1 milyard 782 milyon kub metr qazı emal edəcək və Avro-5 standartlarına cavab verən 600 min ton A-92 benzini istehsal edəcək.
Həmçinin təbii qazdan maye yanacaq istehsalı üçün başqa böyük zavod tikmək qərarına gəlinib. Bu yeni zavod 3,5 milyard kubmetr qaz emal edəcək.