Bazar, İyul 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR prezidenti “E.ON” şirkətinin nümayəndə heyətini qəbul edib

23/09/2015
6
BAXIŞ
Share on FacebookShare on Twitter

eon-sBu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Almaniyanın “E.ON” şirkətinin baş icraçı direktoru Kristofer Delbrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Abdullayev “E.ON” şirkəti ilə SOCAR arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləyib, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yüksək səviyyəli belə səfərlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanda və SOCAR-da olmasından məmnunluğunu ifadə edən “E.ON” şirkətinin baş icraçı direktoru Kristofer Delbruk son illər iki şirkət arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını, bu əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını söyləyib.

R.Abdullayev 2013-cü il sentyabrında SOCAR və “E.ON” şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanmasının əhəmiyyətindən danışıb, bu müqavilənin iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlərin genişlənməsinə zəmin yaratdığını söyləyib.

Öz növbəsində, Kristofer Delbruk həmin müqavilə çərçivəsində 2014 və 2015-ci illərdə SOCAR əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Almaniyada, bu il iyulun 27-dən avqustun 9-dək “E.ON” şirkəti əməkdaşlarının uşaqları üçün Azərbaycanda yay düşərgələrinin təşkil edildiyini bildirib. O, almaniyalı uşaqlara göstərilmiş qonaqpərvərliyə görə SOCAR-a təşəkkürünü bildirib. K.Delbruk, həmçinin, magistral boru kəmərlərində fasilə yaratmadan yüksək təzyiq altında quraşdırma və təmir işlərinin aparılması üçün tətbiq olunan müasir texnologiyaların öyrənilməsi istiqamətində də iki şirkət arasında mütəmadi fikir mübadilələrinin aparıldığını vurğulayıb, mütəxəssislərin öz təcrübələrini bölüşdüklərini təqdir edib.

Daha sonra qonaqların xahişi ilə SOCAR prezident Avropanın enerji təminatı istiqamətində görülən işlərdən danışıb, bildirib ki, “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Boru Kəmərinin genişləndirilməsi, həmçinin TANAP layihələri üzrə tikinti işlərinə artıq başlanılıb. TAP layihəsi çərçivəsində də hazırlıq işlərinin qrafikə uyğun olaraq intensiv şəkildə davam etdirildiyini söyləyən R.Abdullayev “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində ilk qazın 2018-ci ilin ortalarında Türkiyəyə nəql olunacağına əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.