Brüsseldə Gürcüstanın Enerji və Təbii Sərvətlər naziri Kaxabar Kaladze ilə “Qazprom” şirkətinin idair heyətinin sədri Aleksey Miller arsında işçi görüş olub. Bu barədə Caspian Barrel “Qazrpom” şirkətinin rəsmi informasiyasına əsasən məlumat yayıb.
Məlumata görə, tərəflər qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə ediblər.Gürcüstana Rusiya qazının tədarükü və üçüncü ölkələrə tranziti məsələsi görüşdə əsas müzakirə obyekti olub.
Qeyd edək ki, 2014-cü ildə Qazprom Gürcüstana 0.3 milyard kub metr qaz ixrac edib (əsasən Ermənistana qaz tədarükü üçün tranzit – Caspian Barel).