Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Marat Kusainov bildirib ki, Qazaxıstanda neft hasilatı 2020-ci ilə 92 milyon ton səviyyəsində proqnozlaşdırılır.
“Gözlənilir ki,2016-cı ildə sənaye həcmi cari il səviyyəsində gözlənilir. 2017-ci ildə artım 1.7%, 2020-ci ildə isə 3.8% artım gözlənilir”,- deyə nazir müavini bildirib.
2016-2020-ci illərdə kənd təsərüffatında orta illik artım 2.8%,ticarət sektorunda 4.5%, nəqliyyat,informasiya və rabitə sahəsində isə artım cari il səviyysəində gözlənilir.
“Makroiqtisadi proqnozlaşdırılma və büdcə parametrlərinin formalaşmasında, tengenin kursu 250 dollar səviyyəsində qəbul edilib”, – deyə Kusainov yekunlaşdırıb.